Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu ƏƏSMN-nin vahid sisteminə daxil edilib

Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu ƏƏSMN-nin vahid sisteminə daxil edilib
# 16 aprel 2021 14:56 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid sisteminə daxil edilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.), habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fond Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vahid sistemini təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR