Nazir: "Əmək Məcəlləsində dəyişikliklərlə bağlı layihə hazırlanıb"

Nazir: "Əmək Məcəlləsində dəyişikliklərlə bağlı layihə hazırlanıb"
# 28 aprel 2021 10:35 (UTC +04:00)

“Artıq Əmək Məcəlləsində dəyişikliklərlə bağlı layihə hazırlanıb”.

APA-nın məlumatına görə, bunu Ümumdünya Əməyin Mühafizəsi günü ilə bağlı keçirilən onlayn tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, artıq dəyişikliklər bir çox qurumlarla razılaşdırılıb: “Məcəllədəki 11 maddə əməyin mühafizəsi ilə bağlı məsələləri əhatə edir”.

Nazir qeyd edib ki, qısa müddət ərzində Əməyin Mühafizə Mərkəzi də yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR