Nazirlik: Apteklərdə vitamin və hərarət salıcı dərmanların qıtlığı yoxdur

Nazirlik: Apteklərdə vitamin və hərarət salıcı dərmanların qıtlığı yoxdur
# 20 iyul 2020 18:15 (UTC +04:00)

“Antiviral dərmanların ev şəraitində müalicəsi tövsiyə olunmur”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.

N. Zeynalov deyib ki, vətəndaşlarımız özbaşına müalicə ilə məşğul olmasınlar: “Vitaminlər və mikroelementlərin yüngül yoluxmuş şəxslərə çatdırılması təmin olunur”.

Səhiyyə Nazirliyinin Aparat rəhbəri qeyd edib ki, apteklər biznes fəaliyyəti ilə məşğul olur: “Səhiyyə Nazirliyi müəyyən dərmanların daha çox gətirilməsini tövsiyə edir. Mən brifinqə gələnə qədər 2-3 aptekdə oldum, o apteklərdə vitamin və hərarət salıcı dərmanların qıtlığı yox idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR