Niyazi Bayramov aparılan tikinti, təmir və abadlıq işləri ilə tanış olub

#
# 16:04
21 aprel 2021

Gəncədə genişmiqyaslı təmir, tikinti və abadlıq işləri həyata keçirilir. Hazırda şəhərin əsas küçə və prospektlərinin asfaltlanmasına başlanılıb. Gəncənin Heydər Əliyev və Nizami Gəncəvi prospektləri, İsmət Qayıbov küçəsində abadlıq işləri həyata keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov işlərin gedişatı ilə yerində maraqlanıb. O, İ.Qayıbov küçəsində olub. Görülən işlərlə yerində tanış olan şəhər rəhbəri, sakinlərlə də görüşüb, onların təkliflərini dinləyib.

Daha sonra şəhər rəhbəri Xarici dillər təmayüllü internat tipli gimnaziyanın tikintisi ilə tanış olub. Niyazi Bayramova məlumat verilib ki, Xarici dillər təmayüllü internat tipli gimnaziyanın tədris binası 3 mərtəbədən ibarətdir. Burada sinif otaqları, kitabxana, akt və idman zalı, yeməkxana, kompüter otağı və labaratoriya mövcuddur. İnternat tipli gimnaziyanın yataqxana binası tədris korpusundan ayrıdır və 2 mərtəbədən ibarətdir. Hazırda burada son tamamlama işləri həyata keçirilir və gimnaziyanın may ayının sonuna təhvil verilməsi nəzərdə tutulur.

Niyazi Bayramov Gəncədə inşası davam etdirilən yeni ASAN Xidmət Mərkəzində aparılan işlərlə də tanış olub. İş icraçıları ilə söhbət edən icra başçısı onlara öz tapşırıq və tövsiyələrini verib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev isə “Gəncə Tekstil” MMC-də olub. Birinci müavin istehsal sahəsinin genişləndirilməsi və yeni iş yerlərinin yaradılması məsələsi ətrafında müəssisə rəhbəri ilə geniş müzakirə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR