Ötən il Bakıda gün ərzində 330 milyon kubmetr çirkab su formalaşıb

Ötən il Bakıda gün ərzində 330 milyon kubmetr çirkab su formalaşıb
# 04 may 2021 16:17 (UTC +04:00)

“Ötən ilin statistikasına əsasən, Bakıda gün ərzində 330 milyon kubmetr çirkab su formalaşıb”.

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su resurslarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib. O bildirib ki, bunların yalnız 182 milyon kubmetri bioloji təmizlənmədən keçib: “147 milyon kubmetr su isə mexaniki təmizlənmədən keçib. Qalan su isə təmizlənmədən dənizə və ya göllərə axıdılıb. Əlbəttə ki, bu, bizi düşündürür. Bununla bağlı həmin müəssisələrə məcburi göstəriş verilir, istehsalat fəaliyyətinin dayandıırlması ilə bağlı məhkəmələr qarşısında çıxış olunur, cərimələr tətbiq olunu, iddialar hesablanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR