Ötən il ali məktəblərə qəbul planı 6.22 faiz artıb

Ötən il ali məktəblərə qəbul planı 6.22 faiz artıb
# 08 sentyabr 2020 16:27 (UTC +04:00)

“Müsabiqədənkənar qəbul nəzərə alınmadan, 2018-ci illə müqayisədə 2019-cu ildə dövlət ali təhsil müəssisələrinin qəbul planında 5.12% (1962 yer), özəl ali təhsil müəssisələrinin qəbul planı isə 11.62% (782 yer), ümumilikdə isə 2744 yer (6.09%) artım müşahidə edilib”.

APA-nın məlumatına görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib.

Müsabiqədənkənar qəbul 2018-ci illə müqayisədə 63 yer artıb. Ümumilikdə ötən il ümumi qəbul planında 6.22% (2807 yer) artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR