Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur

Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzlərinin bu il istifadəyə verilməsi nəzərdə tutulur
# 01 may 2021 11:20 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsin Nazirliyi tərəfindən ölkəmizdə uşaq reabilitasiya müəssisələri şəbəkəsi genişləndirilməsi işləri çərçivəsində Qəbələ və Şəmkir rayonlarında Uşaq Reabilitasiya Mərkəzləri inşa etdirilir.

Nazirlikdən APA-ya verilən məlumata görə, hər biri 50 çarpayılıq mərkəzlərdə il ərzində 1800-ə yaxın sağlamlıq imkanları məhdud uşaq səmərəli fizioterapevtik müalicə prosedurları əsasında reabilitasiya xidmətləri ilə təmin ediləcək. Qəbələ və Şəmkir Uşaq Reabilitasiya Mərkəzlərinin bu il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.

Xatırladaq ki, son iki ildə və cari ilin ilk rübündə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq, yenidən qurulmuş şəkildə istifadəyə verilib. Ümumilikdə, nazirliyin yeni reabilitasiya müəssisələrinin açılması nəticəsində hər il reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı iki dəfə artaraq 30 minə çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR