Qırğızıstan-Tacikistan sərhədində atışma olub, ölən və yaralananlar var

Qırğızıstan-Tacikistan sərhədində atışma olub, ölən və yaralananlar var
# 29 aprel 2021 16:31 (UTC +04:00)

Qırğızıstan və Tacikistan sərhədində hər iki ölkənin silahlı qüvvələri arasında atışma olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, toqquşma nəticəsində bir Qırğızıstan vətəndaşının öldüyü, 16 nəfərin isə yaralandığı bildirilir.

Tacikistan tərəfi isə üç vətəndaşın güllə yarası aldığını qeyd edib.

İnsident bu gün səhər sərhəd bölgəsində baş verib. Hər iki tərəfdən yerli sakinlər qarşıdurmada iştirak edib. Hər iki dövlət məsuliyyəti bir-birinin üzərinə atır.

Bölgədə daim qarşıdurmalar baş verir. Buna səbəb hər iki ölkə sərhədində delimitasiya olunmamış ərazilərin mövcud olmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR