Qubada qanunsuz odlu silahlar alan şəxs tutulub

Qubada qanunsuz odlu silahlar alan şəxs tutulub
# 28 aprel 2021 12:44 (UTC +04:00)

Quba sakinindən qanunsuz odlu silahlar aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz odlu silah saxladığına görə saxlanılmış E.Əlibalayevdən odlu silah almaqda şübhəli bilinən Qarxun kənd sakini E.Şirvanov da müəyyən edilərək tutulub.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan “TOZ-8” markalı, “İJ” markalı, 1 ədəd 16 çaplı tüfəng, 297 ədəd müxtəlif çaplı patron, 34 ədəd boş giliz və 43ədəd qırma aşkar edilərək götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR