Samuxda bir məktəb koronavirusa görə distant təhsilə keçib

Samuxda bir məktəb koronavirusa görə distant təhsilə keçib
# 09 aprel 2021 14:21 (UTC +04:00)

Samuxda bir orta məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.

Bu barədə APA-nın yerli bürosuna Samux Rayon Təhsil Şöbəsinin müdir müavini Vüsal Cəfərov deyib.

Onun sözlərinə görə, rayonun Sərhəddin Əliyev adına 2 nömrəli orta məktəbin müəlliminin COVİD-19 testi pozitiv çıxıb. Bu səbəbdən rayon Gigiyena və Epidemilogiya Mərkəzinin qərarına əsasən, məktəbin 14 gün müddətinə bağlanmasına qərar verilib. Təhsil ocağının 527 şagirdi təhsilini distant formada davam etdirir.

Vüsal Cəfərov qeyd edib ki, Samuxda indiyədək yaşı 50-dən yuxarı 598 müəllimin 341-i vaksinasıya olunub.

Qeyd edək ki, Samuxda ümumilikdə 35 orta ümumtəhsil, 2 məktəbdən kənar təhsil ocağında 9674 şagird təhsil alır. Bu şagirdlərin təlim-tərbiyəsi ilə 1006 müəllim məşğul olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR