Şəhid Adil İbrahimlinin ailəsi mənzillə təmin olunub

#
# 16:52
21 aprel 2021

“Vətən müharibəsi həm də Azərbaycan qadınının yüksək mənəviyyatını, sarsılmaz iradəsini və məğrurluğunu bir daha nümayiş etdirdi”.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctiamiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

O deyib ki, şəhid Adil İbrahimlinin həyat yoldaşına da bu gün yeni mənzil təqdim olunub: “Şəhid Adil İbrahimlinin həyat yoldaşı Nargül İbrahimlinin timsalında da biz bunun şahidi olduq. Bu gün o, şəhid ailəsi kimi yeni mənzillə təmin olunub”.

Xatırladaq ki, Nargül İbrahimlinin qardaşı Elton Qəmbərli də 44 günlük Vətən müharibəsində şəhid olub. 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində daha 40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR