Səhiyyə nazirinin vəzifələrini müvəqqəti Teymur Musayev icra edəcək

Səhiyyə nazirinin vəzifələrini müvəqqəti Teymur Musayev icra edəcək
# 23 aprel 2021 16:39 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.

Qeyd edək ki, Teymur Musayev Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR