Şəkərli diabet xəstələrinin registrini aparan orqan dəyişir

#
# 13:31
23 aprel 2021

Azərbaycanda şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registrini aparan orqan dəyişir.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanuna dəyişiklik təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registri bu şəxslərin qeydiyyatının aparılmasını təmin etmək, şəkərli diabetlə xəstələnmə halları, ağırlaşmaları, əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm halları, müalicə-profilaktika tədbirlərinin səmərəliliyi haqqında sistematik və düzgün məlumat almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı, yəni Səhiyyə Nazirliyi tərəfindən yaradılır.

Layihəyə əsasən, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin uçotunun aparılmasını təmin etmək, şəkərli diabetlə xəstələnmə halları, ağırlaşma, əlilliyin, o cümlədən 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi  və ölüm halları, müalicə-profilaktika tədbirlərinin səmərəliliyi haqqında sistematik və düzgün məlumat almaq  məqsədilə müvafiq icra hakimiyyəti orqanının  müəyyən etdiyi orqan (qurum) - TƏBİB tərəfindən registr yaradılacaq və müvafiq icra hakimiyyəti  orqanının müəyyən etdiyi orqanın (qurumun), yəni TƏBİB-in  həmin registrə çıxışı təmin ediləcək.

Hazırda Səhiyyə Nazirliyi tərəfindən şəkərli diabet xəstəliyinə tutulmuş uşaq və gənclərin uçotu aparılmaqla, onlara təhsil aldıqları müəssisələrdə tibb mütəxəssisləri və müəllimlər vasitəsi ilə xüsusi nəzarət təşkil edilir, səhhətlərində hər hansı dəyişiklik baş verdikdə dərhal tibbi yardım göstərilir. Şəkərli diabet xəstəliyinə tutulmuş uşaq və gənclərə təhsil aldıqları müəssisələrdə tibb mütəxəssisləri və müəllimlər vasitəsi ilə xüsusi nəzarət təşkil edilir və səhhətlərində hər hansı dəyişiklik baş verdikdə dərhal tibbi yardım göstərilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR