Sloveniya istehsalı olan dərman geri çağrılıb

 Sloveniya istehsalı olan dərman geri çağrılıb
# 21 aprel 2021 16:20 (UTC +04:00)

Dərman vasitəsi geri çağrılıb.

Analitik Ekspertiza Mərkəzindən APA-ya bildirilib ki, “SVVİSSMED SERVİCE” MMC şirkətinin müraciətinə əsasən, Sloveniyanın “Lek Pharmaceuticals d.d.” şirkətinin istehsalı olan KN0066 seriya ilə buraxılmış son istifadə tarixi 01.02.2025 olan “5-NOK®” ticarət adlı nitroxoline - 50 mg tərkibli örtüklü tabletlər №50, yüksək sıxlıqlı polietilen flakonda №1, karton qutu qablaşmada dərman vasitələrinin 5,7-dinitroxinolin-8-ol qatışığının miqdarının qəbul olunan limitlər çərçivəsindən yüksək çıxdığından qeyd edilən seriya ilə buraxılan dərman vasitəsinin geri çağırılma dərəcəsinin 2, dərman vasitəsinin geri çağırılma səviyyəsinin isə “B” (pərakəndə satış müəssisəsi və topdansatış müəssisələrinə qədər) səviyyəsində geri çağırılması qərarı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR