Sumqayıtda Vətən müharibəsi şəhidinin adına bulaq tikilib

Sumqayıtda Vətən müharibəsi şəhidinin adına bulaq tikilib
# 12 aprel 2021 15:22 (UTC +04:00)

Sumqayıt şəhərində Vətən müharibəsi şəhidi İlkin Məmmədzadənin xatirəsinə həsr olunan ehsan bulağının açılış mərasimi olub.

APA-nın xəbərinə görə, bulaq şəhidin yaşadığı evin qarşısında istifadəyə verilib.

Mərasimdə şəhid baş leytenant İ.Məmmədzadənin döyüş meydanında göstərdiyi şücaətdən və 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışılıb.

Qeyd edək ki, Məmmədzadə İlkin Əzizağa oğlu 1991-ci ildə Sumqayıtda anadan olub.

Baş leytenant İlkin Məmmədzadə Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib. 21 nəfərə yaxın yaralı hərbiçini döyüş meydanından çıxarıb. Oktyabrın 7-də Tərtər-Ağdərə istiqamətində "Tülkü dərəsi" adlanan ərazidə şiddətli döyüşlər zamanı qəhrəmancasına vuruşaraq şəhid olub. O, oktyabrın 8-də Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.

İlkin Məmmədzadə Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 15-də imzaladığı sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR