TƏBİB: İndiyədək min nəfər səyyar vaksinasiya olunub

TƏBİB: İndiyədək min nəfər səyyar vaksinasiya olunub
# 09 aprel 2021 12:54 (UTC +04:00)

"TƏBİB-ə dövlət orqanlarından və özəl qurumlardan koronavirus əleyhinə peyvənd olunmaq üçün səyyar briqadaların təşkili üçün müraciətlər daxil olur".

APA-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış deyib.

O bildirib ki, bu gün də Mətbuat Şurasının binasında 50-yə yaxın jurnalistin vaksinasiyası səyyar şəkildə həyata keçirilir: "İndiyədək səyyar briqadalar vasitəsilə 1000-ə yaxın vətəndaş vaksinasiya prosesində iştirak edib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR