TN: Hər il ölkə üzrə I sinfə təxminən 155-160 min uşaq qəbul olur

TN: Hər il ölkə üzrə I sinfə təxminən 155-160 min uşaq qəbul olur
# 26 aprel 2021 15:03 (UTC +04:00)

“Lisey və gimnaziyaların rus bölməsinə qəbul ümumi müsahibə ilə həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu 2021-2022-ci tədris ili üzrə I sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib.

Onun sözlərinə görə, müsahibə başa çatdıqdan sonra ərazi üzrə yaşayanlar birbaşa qəbul olunur, qeyri-ərazidə yaşayanlar isə müsabiqə yolu ilə qəbul ola bilər.

O, eyni zamanda qeyd edib ki, ölkə üzrə I sinfə qəbul olan şagird sayı təxminən155-160 min olur: “Burada həm 6 yaşlılar, həm 7 yaşlılar, həm də təqvim əsasında 8 yaşı olanlar nəzərdə tutulur ".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR