Tədrisi digər dillərdə olan şagirdlərin müsahibə cavabları 3 gün müddətində açıqlanacaq

#
# 14:34
26 aprel 2021

“Tədrisi digər dillərdə olan şagirdlərin müsahibə cavabları 3 gün müddətinə həm qeydiyyatdan keçdiyi nömrəyə SMS bildirişlə gələcək, həm də şəxsi səhifələrinə göndəriləcək. APA-nın məlumatına görə, bunu 2021-2022-ci tədris ili üzrə I sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib. O eyni zamanda qeyd edib ki, istər Bakı, istərsə də Sumqayıt, Abşeronda müraciət sayına görə bəzi təhsil müəssisələrində həmişə sıxlıq müşahidə olunur: “Həmin müəssisələrdə şagirdləri prioritetlər üzrə qəbul edirik, yəni yaxın ərazidə yaşayanlar, bacı-qardaşı həmin məktəblərdə oxuyanlar ilk növbədə nəzərə alınır. Daha sonra yer qaldıqda digər ərazidə yaşayanlar da bu müəssisələrə növbəlilik əsasında yerləşdirilə bilər”. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR