Təhsil Nazirliyi: Birinci sinfə qəbul üzrə hazırlıq işləri yekunlaşdırılıb

Təhsil Nazirliyi: Birinci sinfə qəbul üzrə hazırlıq işləri yekunlaşdırılıb
# 26 aprel 2021 14:14 (UTC +04:00)

“Sabah saat 11:00-dan ümumtəhsil müəssisələri üçün ölkə üzrə I sinfə onlayn qeydiyyat başlayacaq. 29 apreldən Azərbaycan bölməsi üzrə məktəb seçimləri, rus bölməsi üçün müsahibəyə yazılma prosesinə start veriləcək”.

APA-nın məlumatına görə, bunu 2021-2022-ci tədris ili üzrə I sinfə qəbulla bağlı keçirilən onlayn brifinqdə Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov bildirib.

Onun sözlərinə görə, bir neçə ildir I sinfə qəbul mektebeqebul.edu.gov.az portalı vasitəsilə həyata keçirilir: “Sistem baxımından tam hazırlıq işləri yekunlaşdırılıb. Bakı şəhəri üzrə Təhsil İdarəsi və digər bölgələr üzrə təhsil idarələrində də müvafiq işlər görülüb, eyni zamanda alternativ qeydiyyat mərkəzləri də hazır vəziyyətə gətirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR