Təhsil Nazirliyi məktəbdaxili qiymətləndirilmənin nə vaxt keçiriləcəyi məsələsinə münasibət bildirib

Təhsil Nazirliyi məktəbdaxili qiymətləndirilmənin nə vaxt keçiriləcəyi məsələsinə münasibət bildirib
# 21 aprel 2021 15:55 (UTC +04:00)

Təhsil Nazirliyi şagirdlərin məktəbdaxili qiymətləndirilməsinin nə vaxt keçiriləcəyi məsələsinə münasibət bildirib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Təhsil Nazirliyinin Kollegiyasının 21.01.2021-ci il tarixli KQ-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası”na əsasən summativ qiymətləndirmə hər bir fənn üzrə yarımilin sonunda bir dəfə olmaqla aparılacaq.

Qeyd edilib ki, qiymətləndirmənin məsafədən və ya əyani olması barədə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR