Torpaqdan axtarış və kəşfiyyat işləri üçün istifadəyə dair tələblər dəyişir

Torpaqdan axtarış və kəşfiyyat işləri üçün istifadəyə dair tələblər dəyişir
# 03 may 2021 12:57 (UTC +04:00)

Axtarış və kəşfiyyat işləri üçün torpaq sahəsindən istifadəyə dair tələblərə dəyişiklik edilir.

APA-nın məlumatına görə, bu, Torpaq Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, yerquruluşu və kadastr işləri istisna olmaqla, torpaqlarda geoloji, axtarış və kəşfiyyat, neft və qaz kəşfiyyat-qazma işlərinin aparılmasına icazə “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq veriləcək.

Qüvvədə olan Məcəlləyə əsasən, icazəni müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə həmin işlərin aparılması üçün layihə sənədlərində nəzərdə tutulan müddətə verirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR