Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin Gəncəyə səfəri başlayıb

#
# 15:31
11 aprel 2021

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvlərinin Gəncəyə  səfəri başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, səfərdə Türk Şurasına üzv dövlətlərin informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.

Nümayəndə heyətləri 44 gün davam edən Vətən müharibəsi dövründə  Ermənistan ordusu  tərəfindən Gəncə şəhərində əhalinin sıx yaşadığı əraziyə atılan ballistik raketlər nəticəsində dağılan binalarla tanış olacaqlar.

Qeyd edək ki, nümayəndə heyətinin üzvləri bu gün Ağdam rayonuna səfər ediblər, ermənilərin Ağdam şəhərində törətdikləri dağıntı və vandalizmi öz gözləri ilə görüblər. 

Xatırladaq ki, 2020-ci il oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Oktyabrın 17-də gecə düşmənin Gəncəyə xain hücumu nəticəsində isə 13 nəfər həlak olub, 48-dən çox şəxs xəsarət alıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR