Ucarda içməli su problemi ilə bağlı aksiya keçirilib

Ucarda içməli su problemi ilə bağlı aksiya keçirilib
# 14 sentyabr 2020 15:46 (UTC +04:00)

Ucarın Bərgüşad kəndində yaranmış su qıtlığı ilə bağlı etiraz aksiyası keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, aksiyaya 500 nəfərədək sakin qatılıb. Sakinlər deyir ki, son aylarda 3-cü dəfədir, aksiya keçirirlər. İki ay əvvəl isə sakinlər Bakı-Qazax əsas magistral yolunu bağlayıblar.

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovda nümayişçilərlə görüşüb və problemin həll olunacağına söz verib. Lakin hələ müsbət nəticə əldə olunmayıb. 7000-ə yaxın sakini olan kənd susuzluqdan əziyyət çəkir. Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov bu gün yenə də kəndə gələrək, aksiya keçirən sakinlərlə görüşüb. Başçı onlara problemin həll olunacağına səy göstəriləcəyini bildirib.

Mənsur Məmmədov APA-ya açıqlamasında kənddə içməli su ilə bağlı problemin olduğunu təsdiqləyib. Bildirib ki, kənd sakinlərini içməli suya olan tələbatını ödəmək məqsədi ilə alternativ üsullardan istifadə olunsa da, tələbat tam ödənilmir: “Tələbatın tam ödənilməsi üçün kəndə içməli su xətti çəkilməlidir. Bu ilin fevral ayından borular gətirilsə də, işlərə başlanmayıb. İşlərin sürətləndirilməsi üçün müvafiq orqanlara müraciət edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR