Uşaqların ailə tipli kiçik qrup evlərinə qəbulu qaydaları təsdiqlənib

Uşaqların ailə tipli kiçik qrup evlərinə qəbulu qaydaları təsdiqlənib
# 27 aprel 2021 13:14 (UTC +04:00)

Nazirlər Kabineti “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydaları” təsdiq edib.

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, Nazirlər Kabinetinin Qərarı ilə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan qrup evlərinə qəbulu və qrup evlərini tərk etməsi qaydaları müəyyənləşib, həmçinin qrup evlərində uşaqlara xidmətin təşkili, onların təminatı və yaşayış şəraiti ilə bağlı məsələlər tənzimlənib.

Eyni zamanda, Qərarda uşaqların qrup evlərinə qəbulu və qrup evlərini tərk etməsinə dair zəruri sənədlərin siyahısı təkmilləşdirilib, qrup evlərində yaşayan uşaqların hüquq və vəzifələri müəyyənləşdirilib. Qrup evlərində 0-18 yaş arası uşaqlara qayğı göstərilir. Uşaqlar qrup evlərinə 6 yaşınadək qəbul edilirlər.

Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərində uşaqlar münasib yaşayış şəraiti ilə təmin edilirlər. Həmin müəssisələrdə xidmətlər psixoloqlar, sosial işçilər və sosial xidmətçilər tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR