Uşaqların energetik içkilərin istehsalı və satışı ilə bağlı işlərdə çalışdırılması qadağan edilir

Uşaqların energetik içkilərin istehsalı və satışı ilə bağlı işlərdə çalışdırılması qadağan edilir
# 09 sentyabr 2020 12:42 (UTC +04:00)

Azərbaycanda yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlərin sayı artırılır.

APA-nın məlumatına görə, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitənin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu sıraya energetik içkilərin və tütün məmulatlarının istehsalı daşınması və satışı və saxlanılması ilə bağlı işlər daxil edilir.

İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi, yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsinin qadağan edilməsi barədə müddəa isə Əmək Məcəlləsindən çıxarılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR