Viktor Qasımov: ““Sputnik V” vaksini özünü dünyada çox yaxşı göstərib”

Viktor Qasımov: ““Sputnik V” vaksini özünü dünyada çox yaxşı göstərib”
# 02 may 2021 15:24 (UTC +04:00)

““Sputnik V” vaksini özünü dünyada çox yaxşı göstərib və artıq 60-dan çox ölkədə qeydiyyatdan keçib”.

APA-nın məlumatına görə, bunu hava limanında olan jurnalistlərə səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

Nazir müavini deyib ki, vaksinin ilk partiyası gətirilib:

“Bildiyiniz kimi iki ildir pandemiya davam edir. Xəstəliklə mübarizədə hələ ki, dünya ölkələri əsaslı dönüş yarada bilməyiblər. Ən effektli mübarizə üsulu peyvəndlənmədir. Bildiyiniz kimi, Azərbaycanda bu ilin yanvar ayından peyvəndlənməyə başlanılıb. Ölkə Prezidenti İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban Əliyevanın siyasi dəstəyi və nəzarəti nəticəsində artıq ölkəyə 2 milyondan yuxarı peyvənd materialı gətirilib. İlk olaraq Çin istehsalı peyvəndindən istifadə olunub. Sonra AstraZeneca vaksinləri gəldi. Bu gün burda “Sputnik V” vaksininin də gəldiyinə şahid olduq. “Sputnik V” özünü dünyada çox yaxşı göstərib və artıq 60-dan çox ölkədə qeydiyyatdan keçib. Yüksək effektliliyə malikdir. Artıq 1 milyona yaxın vətəndaşımız peyvənd alıb. Rusiya ilə Azərbaycanın yaxın münasibətləri var və bu gün vaksinlərin gəlməsi də bunun bariz nümunəsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR