Vüsal Kərimli: "İki ildə avtobusların iştirakı ilə qəzaların sayı 21,2, ölüm halları 9 faiz azalıb

#
# 11:48
28 aprel 2021

“Ötən il 413 milyondan artıq, 5 ildə isə 3,2 milyarddan artıq sərnişin daşınıb. 

APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib. 

O qeyd edib ki, 2016-cı illə müqayisədə 2019-cu ildə səyahət sayı 27 faizdən çox (172 milyon) artıb. Nəticədə il ərzində atmosferə 289 347 ton karbon qazı emissiyasının atılmasının qarşısı alınıb. 

BNA rəhbəri bildirib ki, 2019-cu illə müqayisədə avtobusların iştirakı ilə qəzaların sayı 21,2 faiz, ölüm halları 9 faiz, xəsarət sayı 31,2 faiz azalıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR