Xalq artisti Siyavuş Kərimi koronavirusa yoluxub

Xalq artisti Siyavuş Kərimi koronavirusa yoluxub
# 12 aprel 2021 10:31 (UTC +04:00)

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa (COVID-19) yoluxub.

Bu barədə APA-ya Konservatoriyanın mətbuat xidmətinin rəhbəri Anar Bəylərov məlumat verib.

O, S.Kəriminin testinin nəticəsinin pozitiv çıxdığını deyib: “Hazırda səhhəti yaxşıdır, ev şəraitində müalicə alır”.

Qeyd edək ki, pandemiya ilə əlaqədar Azərbaycan Milli Konservatoriyasında əyani dərslər bu gündən dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR