Xızıda Vətən müharibəsi şəhidi Kərim Əliyevin xatirəsi əbədiləşdirilib

Xızıda Vətən müharibəsi şəhidi Kərim Əliyevin xatirəsi əbədiləşdirilib
# 30 aprel 2021 09:29 (UTC +04:00)

Xızı rayonunda Vətən müharibəsi şəhidinin xatirəsi əbədiləşdirilib.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Fındığan kəndində şəhid Əliyev Kərim Qeyrətxan oğlunun adına inşa edilən bulağın açılışı olub.

Açılış mərasimində şəhidin doğmaları, döyüşçü yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə şəhid K. Əliyevin qısa, lakin şərəfli həyat yolundan və onun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlarından söz açılıb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Əliyev Kərim Qeyrətxan oğlu 2000-ci ildə Xızı rayonunun Fındığan kəndində anadan olub. Sentyabrın 27-də Vətən müharibəsi başlayan kimi Kərim Əliyev də təcrübəli snayperçi kimi Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq orduya yazılıb. Tərtər, Füzuli istiqamətlərində gedən döyüşlərə qatılıb.

Talışkəndin, Hadrutun azad edilməsində rəşadətlə vuruşub.

Ötən ilin noyabrın 4-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Kərim Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR