Azərbaycanda bir gündə 1427 nəfər COVID-19-dan sağalıb, 509 nəfər yoluxub - VİDEO

Azərbaycanda bir gündə 1427 nəfər COVID-19-dan sağalıb, 509 nəfər yoluxub - VİDEO
# 13 may 2021 19:57 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 1427 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 328 668 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 311 198 nəfər müalicə olunaraq sağalıb, 4 742 nəfər vəfat edib, aktiv xəstə sayı 12 728 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7733, ötən müddət ərzində isə ümumilikdə 3 360900 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR