Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

sutkalıq peyvənd statistikası

© APA | sutkalıq peyvənd statistikası

# 06 may 2021 16:33 (UTC +04:00)

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 777 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4290, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 23 487 nəfərdir.

Azərbaycanda ümumilikdə 1 593 883 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 992 252, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 601 631 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR