Azərbaycanda son sutkada 1539 nəfər COVID-19-dan sağalıb, 660 nəfər yoluxub

koronavirus, 9 may

© APA | koronavirus, 9 may

# 09 may 2021 16:34 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1539 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 326 716 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 nəfər vəfat edib, aktiv xəstə sayı 15 917 nəfərdir.

Ölkədə son sutka ərzində 9 474 , hazırkı dövrədək isə 3 330 985 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR