Bakıda daha bir ünvanda piyada təhlükəsizliyi ilə bağlı tədbirlər görülüb

Bakıda daha bir ünvanda piyada təhlükəsizliyi ilə bağlı tədbirlər görülüb
# 18 may 2021 15:52 (UTC +04:00)

BMT-nin 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsi qeyd edildiyi bu günlərdə daha bir ünvanda piyada təhlükəsizliyinin səviyyəsi artırılıb.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində piyadaların intensiv hərəkət etdiyi yolda təhlükəsizlik tədbirləri görülüb, nəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması istiqamətində svetoforlar quraşdırılıb.

Nəticədə nizamlanan eyni səviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə təhsil alan tələbələrin, o cümlədən sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb, piyadaların və nəqliyyat vasitələrinin hərəkət növbəliliyi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR