Bakıda daha bir yolda piyada keçidi təşkil olunub-FOTO

piyada zolağı

© APA | piyada zolağı

# 07 may 2021 10:57 (UTC +04:00)

Hövsan şosesinin Hövsan qəsəbəsi, Naximov Yaşayış Massivindən keçən hissəsində cib tipli avtobus dayanacaq məntəqələri və nizamlanan piyada keçidi təşkil edilib.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, ərazinin yaxınlığında sıx məskunlaşmanın, ictimai-iaşə obyektlərinin olduğunu nəzərə alaraq, piyadaların, sərnişinlərin, o cümlədən əlilliyi olan şəxslərin rahatlığının, təhlükəsizliyinin, əlçatanlığının təmin edilməsi məqsədilə:

Dayanacaq məntəqələrində pavilyonlar quraşdırılıb;

Panduslar inşa edilib;

Piyada keçidlərinin nizamlanması məqsədilə çağırıcı qurğu ilə idarə olunan svetoforlar təşkil olunub.

Bundan başqa, görmə üzrə əlilliyi olan şəxslərin rahatlığı üçün panduslarda hissediləbilən döşəmələr, svetoforlarda isə səs qurğuları yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR