Bakıda səkilərin zəbt olunmasının qarşısı alınır - YENİLƏNİB

C.Naxçıvani və B. Çobanzadə küçələrinin kəsişməsi

© APA | C.Naxçıvani və B. Çobanzadə küçələrinin kəsişməsi

# 12 may 2021 19:10 (UTC +04:00)

Piyada səkisinin zəbt olunması ilə bağlı növbəti hal Xətai rayonunda Xudu Məmmədov küçəsində qeydə alınıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, hər bir belə qanunsuz hal Agentlik tərəfindən aşkar edilərək aradan qaldırılması üçün gərəkli addımlar atılır.

"Vətəndaşlardan xahiş edirik ki, səkilərin zəbt olunması hallarıyla rastlaşdıqda bu barədə Bakı Nəqliyyat Agentliyinə məlumat versinlər. Həmçinin, bu cür qanunsuz əməllərə yol verənləri, ictimai qınağa çəkməyə çağırırıq", - deyə BNA-nın məlumatında qeyd olunur.

***

17:17

Bakının Nizami rayonunda C.Naxçıvani və B. Çobanzadə küçələrinin kəsişməsində yeni inşa edilən obyektin qarşısında qanunsuz olaraq piyada səkisinin sahəsi daraldılmaqla parkinq yeri təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, səkinin zəbt olunması ilə bağlı zəruri addımlar atılacaq.

Bu çərçivədə səkinin əvvəlcədən müəyyən olunan hüdudları boyunca təhlükəsizlik tumbaları qoyulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR