Bakıda yeni piyada zonalarının yaradılması planlaşdırılır

Bakıda yeni piyada zonalarının yaradılması planlaşdırılır
# 17 may 2021 11:27 (UTC +04:00)

“Hesablamalarımıza görə, hazırda Bakı şəhərinin mərkəzi hissəsində 49800 kv.m piyada zonası mövcuddur. Daha 15300 kv.m sahənin tamamilə piyadalaşması, həmçinin 10 min kv.m ərazidə isə piyada üstünlüyü olan zonaların yaradılması planlaşdırılır”.

APA-nın məlumatına görə, bunu 6-cı Qlobal Yol Təhlükəsizliyi həftəsinə dair tədbirdə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

Onun sözlərinə görə, artıq müvafiq layihələr aidiyyəti orqanlara göndərilib: “Piyada zonalarının yaradılması Bakı şəhərinin Baş Planına da daxil edilib, Şəhərsalma və Arxitektura Komitəsi ilə də birgə müzakirə aparılıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR