Baş Prokuror: “Klinikalarda qanunsuzluqla bağlı cinayət işinin istintaqı davam etdirilir” - VİDEO

#

© APA | Kamran Əliyev

# 11:51
10 may 2021

"Koronavirus infeksiyası ilə mübarizə çərçivəsində klinika və tibb müəssisələrində aşkarlanan qanunsuzluqlarla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir. İstintaq yekunlaşandan sonra daha ətraflı məlumat veriləcək".

APA xəbər verir ki, bu sözləri Baş Prokuror Kamran Əliyev deyib.

Baş Prokuror bildirib ki, bu, ictimaiyyəti daha çox narahat edən məsələdir: "Koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı ölkədə dövlət səviyyəsində əhəmiyyətli tədbirlər həyata keçirilir. Hüquq-mühafizə orqanları da bu sahədə üzərinə düşən bütün vəzifələri yerinə yetirəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR