BŞTİ: II-IX siniflər üçün summativ qiymətləndirmə əyani keçiriləcək

BŞTİ: II-IX siniflər üçün summativ qiymətləndirmə əyani keçiriləcək
# 17 may 2021 10:16 (UTC +04:00)

“Məktəblərdə yoluxma halı tək-tək olarsa, həmin şəxslər təcrid olunacaq. Kütləvi olarsa, məktəblərin müəyyən zaman qismində bağlanması həyata keçiriləcək”.

Bunu APA TV-yə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Xəyalə Əhmədzadə deyib.

O bildirib ki, məktəblərdə summativ qiymətləndirmə birinci yarımildə olduğu kimi bir dəfə keçiriləcək: “Bu dəfə şagirdlərimiz əyani şəkildə qiymətləndirməyə qatılacaq”.

Qeyd edək ki, I siniflər üçün summativ qiymətləndirmə həyata keçirilmir. Əyani summativ qiymətləndirmə II-IX sinifləri əhatə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR