Bu gündən Azərbaycanda "Sputnik V" peyvəndinin tətbiqinə başlanılır - VİDEO

"Sputnik V" vaksini

© APA | "Sputnik V" vaksini

# 18 may 2021 00:00 (UTC +04:00)

Bu gündən Azərbaycanda “COVID-19” xəstəliyi əleyhinə Rusiya istehsalı olan "Sputnik V” peyvəndinin tətbiqinə başlanılır.

APA-nın məlumatına görə, 18 yaşından yuxarı olan və əks göstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

"Sputnik V" vaksini vurdurmaq istəyən vətəndaşlar Azadlıq prospekti, 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzinə müraciət etməlidirlər.

Qeyd edək ki, martın 11-də Baş nazir Əli Əsədov 300 min doza “Sputnik V” vaksininin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb və peyvəndin ilk partiyası ölkəyə gətirilib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR