Bu il ƏƏSMN-nin fəaliyyət sahələri üzrə 220 min e-arayış verilib

Bu il ƏƏSMN-nin fəaliyyət sahələri üzrə 220 min e-arayış verilib

© APA | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

# 18 may 2021 12:13 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 220 min elektron arayış verilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə əhaliyə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində Nazirlik tərəfindən son iki ildə 30-dək e-arayış xidməti yaradılıb. Bununla da vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta, əlillik, sosial təminat növləri, mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları hər hansı quruma müraciət etmədən, real vaxt rejimində e-qaydada əldə edə bilmək imkanı əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR