Bu ilin 3 ayında narkotiklərlə bağlı 2050 cinayət faktı aşkarlanıb

Bu ilin 3 ayında narkotiklərlə bağlı 2050 cinayət faktı aşkarlanıb

© APA | narkotik

# 16 may 2021 16:47 (UTC +04:00)

2021-ci ilin I rübü ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2050 cinayət faktı aşkarlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, onlardan 747-si narkotik vasitələrin qanunsuz satışı, 1264-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 13-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 26-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aidiyyəti orqanlar tərəfindən (ötən ilin müvafiq dövrü ilə müqayisə etməklə) narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınınqanunsuz dövriyyəsinə  qarşı aparılmış mübarizə  tədbirlərinin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda  təhlil olunaraq ümumiləşdirilib.

Aşkarlanmış faktlar üzrə  qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 287 kq 819,817 qr narkotik vasitələrin və psixotrop maddələrin 656 kq 378,952  qr-nı heroin, 326 kq 541,49 qr-nı marixuana, 147 kq 157,972 qr-nı tiryək, 25 kq 734,08 qr-nı həşiş,89,679 qr-nı kokain, 29 kq 418,755 qr-nı metamfetamin və 637,84 qr-nı digər narkotik vasitələr, 101 kq 861,049 qr-nı psixotrop maddələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 5 kq 881,85 qr güclü təsir edən maddələr, 4,05 qr zəhərli maddələr qanunsuz dövriyyədən götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR