Cəbrayıl və ya Füzulidə DOST regional mərkəzinin yaradılması nəzərdə tutulub

DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev

© APA | DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev

# 07 may 2021 12:26 (UTC +04:00)

“Hazırda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesi gedir. Təmizlənmə prosesi başa çatandan sonra bütün qurumlar öz fəaliyyətini bərpa etməyə başlayacaq”.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsində “Sosial saat”da çıxış edən DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev bildirib. Onun sözlərinə görə, bununla bağlı dövlətin böyük planı var: "Həmin plana uyğun olaraq Cəbrayıl və ya Füzuli rayonlarının ərazisində böyük DOST regional mərkəzinin yaradılması, həmçinin də Şuşa şəhərində DOST filialının açılması nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR