Daha 4 peşə ixtisası üzrə qiymətləndirmə həyata keçiriləcək

Daha 4 peşə ixtisası üzrə qiymətləndirmə həyata keçiriləcək

© APA | Peşə təhsili

# 16 may 2021 13:19 (UTC +04:00)

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Mobil telefonların təmiri ustası”, “Qənnadçı-şirniyyatçı”, “Bərbər” və  “Plastik boru qaynaqçısı” ixtisasları üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı təqdim edib.

Agentlikdən APA-ya verilən məlumata görə, sözügedən ixtisaslar üzrə müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş və ya usta yanında, özünütəhsil yolu ilə biliklərə yiyələnmiş mobil telefon ustaları, qənnadçı-şirniyyatçılar, saç ustaları və qaynaqçılar səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

Ərizəçilər bunun üçün müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat yerləşdirilmiş keçiddən istifadə edər'k qeydiyyatdan keçməlidirlər. 

Qeyd edək ki, qiymətləndirmə nəticəsi müsbət yekunlaşan müraciətçiyə müvafiq modul üzrə sertifikat, peşə ixtisasının bütün modulları üzrə sertifikat əldə etmiş ərizəçiyə isə ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənəd - diplom  təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR