DMX ötən ay qanun pozuntusu ilə bağlı 633 qərar qəbul edib

DMX ötən ay qanun pozuntusu ilə bağlı 633 qərar qəbul edib

© APA | Dövlət Miqrasiya Xidməti

# 16 may 2021 11:45 (UTC +04:00)

Aprel ayı ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 9254 müraciət daxil olub. 

DMX-dan APA-ya verilən məlumata görə, müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Müvafiq dövr ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 8045 əcnəbi və vətəndaşlığı olmayan şəxsin müraciəti qeydə alınıb.

Bundan başqa, Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən 633 qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR