Dövlət İmtahan Mərkəzində SAT imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 08 may 2021 13:02 (UTC +04:00)

Mayın 8-də Dövlət İmtahan Mərkəzinin inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun SAT (SAT və SAT Subject) imtahanları təşkil olunub.

DİM-dən APA-ya verilən məlumata görə, COVID-19-la əlaqədar görülən ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahanlarda ümumilikdə 90 nəfər iştirak edib (87 nəfər SAT, 3 nəfər isə SAT Subject olmaqla). İştirakçıların 5-i əcnəbi olub.

Növbəti SAT imtahanlarının l iyunun 5-də keçirilməsi nəzərdə tutulur.

SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar: http://dim.gov.az/activities/exams/sat/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR