ETSN: Meşə yanğınları əsasən insan müdaxiləsi nəticəsində baş verir

ETSN: Meşə yanğınları əsasən insan müdaxiləsi nəticəsində baş verir
# 18 may 2021 16:16 (UTC +04:00)

“Meşə yanğınları əsasən insan müdaxiləsi nəticəsində baş verir”.

APA-nın məlumatına görə, bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov deyib.

O bildirib ki, bunlar kənar qüvvələrin təsiri, vətəndaşların ehtiyatsızlığı nəticəsində meşəyə bitişik olan əkin sahələrinin biçindən sonra yandırılması, siqaret və ya şüşə əşyaların meşəyə yaxın ərazilərə atılması, pikniklərin keçirilməsi hallarında yandırılan ocaqların söndürülməməsi zamanı baş verir: “Digər yanğınlar təbiət amilləri ilə bağlı ola bilər. Bunlar da ildırım çaxması, şimşək vurması nəticəsində əsasən meşələrin yüksək ərazilərində baş verə biləcək yanğınlardır. Amma bu yanğınlara respublikamızda çox təsadüfi hallarda rast gəlinir. Daha çox insan amilindən asılı olan yanğınlar olur”. M.Səfərov qeyd edib ki, meşə yanğınları 3 hissədən ibarətdir: “Bunlar yeraltı, yerüstü və yuxarı yanğınlardır. Yuxarı yanğınlar adətən iynəyarpaqlı ağacların yuxarı örtüyündə qocalmış yarpaqların tökülməsi nəticəsində isti vurma prosesində baş verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR