FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Fövqəladə Hallar Nazirliyi

© APA | Fövqəladə Hallar Nazirliyi

# 08 may 2021 11:50 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi mayın 9-dan 16-dək bayram və istirahət günlərində (qeyri-iş günlərində) gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, bununla bağlı Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, qarşıdan gələn qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR