Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Səbaildə ağacəkmə aksiyası keçirilib

Səbaildə ağacəkmə aksiyası

© APA | Səbaildə ağacəkmə aksiyası

# 10 may 2021 13:48 (UTC +04:00)

Mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Səbail rayonu, Salyan şossesi 32 ünvanında Səbail Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən ağacəkmə aksiyası təşkil olunub.

APA-nın məlumatına görə, tədbirdə RİH başçısı Vüqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, rayon sakinləri, YAP fəalları və gənclər iştirak edib.

Aksiya çərçivəsində Səbail rayonunun təbii-coğrafi iqlim şəraitinə uyğun olaraq Salyan yolu 32 ünvanında 300-dən artıq Eldar şamı, bəzək və gül kolları əkilib, onların mühafizəsi üçün qoruyucu zolaqlar çəkilib, əvvəl əkilən gül və yaşıllıqlara qulluq göstərilib.

Ərazidə təmizlik işləri aparılıb, ağacların dibi quru otlardan, daş və məişət tullantılarından təmizlənib. Yeni əkiləcək ağacların damcı üsulu ilə suvarılması üçün su xətləri çəkilib.

Səbail rayonunda xalqımızın Ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş iməcliklər və ağacəkmə aksiyaları ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonun daha da gözəlləşməsi istiqamətində görülən işlərin davamı və həmçinin səbaillilərin Ulu öndərimizin əziz xatirəsinin yad olunmasına töhfə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR