Əhliman Əmiraslanov: "Meyitdən orqan köçürülməsi problemini həll etmək üçün çox işlər görülməlidir"

Əhliman Əmiraslanov: "Meyitdən orqan köçürülməsi problemini həll etmək üçün çox işlər görülməlidir"
# 20 aprel 2021 12:22 (UTC +04:00)

“Son dövrlərə qədər Azərbaycanda donor bəxşişi, xüsusən də meyitdən orqan köçürülməsi ilə bağlı qanunvericilik bazası yox idi”.

APA-nın məlumatına görə, bunu "Orqan bağışı problemi və transplantasiya" mövzusunda keçirilən Elmi Konfransda Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, artıq “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi hazırlanıb və təsdiqlənib: “İndi isə qanun layihəsinin həyata keçirilməsi üçün mexanizm hazırlanmalıdır. Meyitdən orqan köçürülməsi problemini həll etmək üçün çox işlər görülməlidir. Təbliğatdan başlayaraq, insanlar arasında gərgin fikirlərin aradan qaldırılması istiqamətində işlər aparılmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR