I sinfə qəbul olan şagirdlərin sayı açıqlanıb

Təhsil naziri Emin Əmrullayev

© APA | Təhsil naziri Emin Əmrullayev

# 08 may 2021 16:41 (UTC +04:00)

“Birinci sinfə qəbul prosesi artıq başlayıb”.

APA-nın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib. Onun sözlərinə görə, 94 min şagird məktəbəhazırlıq qruplarından birbaşa I sinfə keçirilib, bundan əlavə artıq 25 min şagird Azərbaycan bölməsi üzrə birinci sinfə qəbul olub: “Rus bölməsindən 17 minə qədər uşaq üçün müsahibələrə başlayıb. Keçirilən müsahibələrdə uğur baxımından qəbul dinamikası 90 faizə qədərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR